Yuxarı
    Bağlamaq

    Apreldə Azərbaycan-Hindistan hökumətlərarası komissiyasının iclası keçiriləcək

    Görüşdə Azərbaycan və Hindistan arasında siyasi və iqtisadi məsələlər geniş şəkildə müzakirə ediləcək

    Bakı. 21 yanvar. REPORT.AZ/ Ticari-iqtisadi, elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Hindistan hökumətlərarası komissiyasının 4-cü iclası aprelin 6-7-də Bakıda keçiriləcək. Bu barədə "Report"a Hindistanın Azərbaycandakı səfiri Sancay Rana məlumat verib.

    Səfirin sözlərinə görə, görüşdə Azərbaycan və Hindistan arasında siyasi və iqtisadi məsələlər geniş şəkildə müzakirə ediləcək.

    Qeyd edək ki, Hindistan tərəfdən komissiyanın həmsədri ticarət və sənaye naziri Nirmala Sitaraman, Azərbaycan tərəfinə isə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov rəhbərlik edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi