Almaniyanın Ulm şəhərinin meri: "Azərbaycanla qarşılıqlı səfərlərdə maraqlıyıq"

Xarici siyasət
  • 17 dekabr, 2019
  • 13:02
Almaniyanın Ulm şəhərinin meri: Azərbaycanla qarşılıqlı səfərlərdə maraqlıyıq

“Baden-Vürtemberq torpağı, eləcə də Ulm şəhəri tək almanların yox, Almaniyada yaşayan müxtəlif millətlərin, o cümlədən azərbaycanlıların fəaliyyəti üçün geniş potensiala malik olan bir yerdir”.

Bunu “Report”un Avropa bürosuna açıqlamasında Ulm şəhərinin meri Gunter Kiş (Gunter Czisch) bildirib. 

O qeyd edib ki, Almaniyanın bölgələrində azərbaycanlıların fəaliyyəti üçün lazımi şərait və potensiallar var: “Bizim şəhərin müxtəlif ölkələr ilə təması və bu əlaqələrə marağı var. Azərbaycan da bu sıradadır. Biz Azərbaycanı daha yaxından tanımaq istəyirik. Çünki Azərbaycan Almaniyanın yaxın tərəfdaşlarındadır”.

Azərbaycanlıların son vaxtlar eyni zamanda bu torpaqda da fəallaşdığını, müxtəlif tədbirlər keçirdiklərini deyən mer bildirib ki, Azərbaycanla qarşılıqlı səfərlərdə maraqlıdırlar. 

G.Kiş Ulm şəhərinin Azərbaycanın hər hansı bir şəhəri ilə qardaşlaşmasının da mümkünlüyündən danışıb. O bildirib ki, bunun üçün qarşılıqlı səfərlər çərçivəsindən yaxından tanışlıqar vacibdir.