Almaniya səfiri: "Azərbaycan və Ermənistanın barışıq prosesində tərəqqiyə ümid edirik"

Almaniya səfiri: "Azərbaycan və Ermənistanın barışıq prosesində tərəqqiyə ümid edirik" “İlkin rəqəmlər Ermənistanda daxili vəziyyətin sabitləşəcəyinə və ötən ilin 9 noyabr tarixində imzalanmış üçtərəfli razılaşmalar çərçivəsində danışıqlar prosesinin, görüşlərin bərpa olunacağına müəyyən ümidlər yaradır. Ümid edirik ki, onlar öz nəticələrin
Xarici siyasət
21 İyun , 2021 12:07
Almaniya səfiri: Azərbaycan və Ermənistanın barışıq prosesində tərəqqiyə ümid edirik
Volfqanq Maniq

“İlkin rəqəmlər Ermənistanda daxili vəziyyətin sabitləşəcəyinə və ötən ilin 9 noyabr tarixində imzalanmış üçtərəfli razılaşmalar çərçivəsində danışıqlar prosesinin, görüşlərin bərpa olunacağına müəyyən ümidlər yaradır. Ümid edirik ki, onlar öz nəticələrini verəcək”.

Report” xəbər verir ki, bu fikirləri jurnalistlərə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Ermənistanda keçirilmiş seçkilərin yekunlarını və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının gedişatini şərh edərkən bildirib.

“Biz həmçinin tərəflər arasında etimadın qurulması prosesinin davam edəcəyinə, yaxın aylarda və ya illərdə iki ölkə və xalq arasında barışıq prosesində əsl tərəqqinin şahidi olacağımıza ümid edirik”, - diplomat bildirib.

Çiçək Məmmədova

Son xəbərlər

Orphus sistemi