Almaniya Parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Almaniya Parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək Almaniya Parlamentinin nümayəndə heyəti oktyabrın 29-30-da Azərbaycana səfər edəcək.
Xarici siyasət
17 Oktyabr , 2019 16:27
Almaniya Parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Almaniya Parlamentinin nümayəndə heyəti oktyabrın 29-30-da Azərbaycana səfər edəcək.

Bu barədə “Report”a Almaniyanın Azərbaycandakı səfirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səfərin məqsədi Bundestaqın Beynəlxalq Parlament Təqaüdü (IPS) proqramı üçün Azərbaycandan olan namizədləri seçməkdir. Nümayəndə heyətinə Bundestaqın deputatı Yan Metsler rəhbərlik edəcək.

IPS proqramı çərçivəsində dünyanın 44 ölkəsindən 120 təqaüdçü 2020-ci il iyulun 31-dək Almaniyanın parlamentar sistemi ilə tanış olmaq imkanı əldə edəcək. Proqramın məqsədi siyasətin aparılması və qərarların verilməsi proseslərinə yaxından şahid olmaqdır. Təqaüdçülərin hər biri Bundestaq deputatlarından birinin yanında işləyəcək, eləcə də Berlin universitetlərinin birində tələbə olaraq qeydiyyata alınacaq.

Bütün səfər, yaşayış və sığorta xərcləri, habelə aylıq təqaüd Almaniya Bundestaqı tərəfindən ödənəcək.

Proqram haqqında daha geniş məlumatı bu internet səhifəsindən əldə edə bilərsiniz: http://www.bundestag.de/ips.

Son xəbərlər

Orphus sistemi