Yuxarı

​Almaniya kansleri: "Azərbaycan Prezidenti Berlinə səfər edəcək"

Bu səfərlə bağlı artıq razılıq əldə edilib

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev bu ilin iyununda Almaniyaya səfər edəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Almaniyanın kansleri Angela Merkel Berlində səfərdə olan Ermənistan prezidenti Serj Sarqsyanla keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu səfərlə bağlı artıq razılıq əldə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi