Aİ səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Aİ səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Xarici siyasət
19 Mart , 2023 09:17
Aİ səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, Aİ səfiri təbrik videosunu özünün tvitterdəki səhifəsində yerləşdirib.

“Əziz Azərbaycan xalqı, bahar ətirli, sevgi dolu Novruz üzünüzə gülsün. Süfrəniz bərəkətli, ruziniz bol olsun!

Əzizinəm yaz gəlsin,

Yaz gəlsin, bahar gəlsin,

Bu Novruz bayramında,

Qəm getsin, sevinc gəlsin.

Novruz bayramınız mübarək olsun!” - Peter Mixalko paylaşımında deyib.

Səfir sonda xanımıyla Novruzun ənənələrindən olan yumurta döyüşdürüb.

Son xəbərlər

Orphus sistemi