Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək Səfərin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi üzrə məsləhətləşmələr aparmaqdır
Xarici siyasət
7 İyul , 2017 14:08
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Bakı. 7 iyul. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstanda böhrana dair xüsusi nümayəndəsi Herbert Zalber iyulun sonunda Azərbaycana səfər edəcək.

Bu barədə "Report"a diplomatın mətbuat xidmətindən xəbər verilib.

"Yerevanda ikigünlük görüşlərdən sonra H.Zalber Brüsselə yola düşüb və regiona səfərinin davamı kimi, iyulun sonunda Azərbaycana səfər etməyi planlaşdırır", - mətbuat xidmətindən bildiriblər.

Gözlənilən səfər çərçivəsində Aİ-nin xüsusi nümayəndəsi Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək.

Səfərin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi üzrə məsləhətləşmələr aparmaqdır. 

Müəllif: Anaxanım Hidayətova

Son xəbərlər

Orphus sistemi