Yuxarı

Avropa İnsan Haqları Məhkəməsi azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə qərarını açıqlayacaq

Çıraqov və başqaları Ermənistana qarşı cinayət işi 2005-ci ilin aprelindən məhkəmədə araşdırılır

Bakı. 10 iyun. REPORT.AZ/ Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə qərarını elan edəcək. "Report" AİHM-in mətbuat xidmətinə istinadən xəbər verir ki, qərar iyunun 16-da Strasburqda İnsan Haqları Sarayında ictimai dinləmələr zamanı açıqlanacaq.

Qeyd edək ki, "Çıraqov və başqaları Ermənistana qarşı" cinayət işi 2005-ci ilin aprelindən məhkəmədə baxılması üçün təqdim olunub. Bu iş 1992-ci ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın Laçın rayonunda öz doğma ocaqlarını tərk etmək məcburiyyətində qalan və evlərinə qayıda bilməyən məcburi köçkünlərin 2005-ci ilin aprelində qaldırdıqları iddia əsasında icraata qəbul olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi