Azərbaycan və Aİ Qarabağ münaqişəsinin nizamlanmasını fevralın sonunda müzakirə edəcək

Xarici siyasət
  • 25 fevral, 2019
  • 13:41
Azərbaycan və Aİ Qarabağ münaqişəsinin nizamlanmasını fevralın sonunda müzakirə edəcək

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev fevralın 27-28-də Brüsseldə keçiriləcək Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin iclasında iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva məlumat verib.

"Aİ-Azərbaycan Əməkdaşlıq Komitəsinin növbəti iclası fevralın 27-28-də Brüsseldə keçiriləcək. Nümayəndə heyətimizə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev rəhbərlik edəcək", - deyə L.Abdullayeva deyib.

XİN rəsmisi qeyd edib ki, iclas zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli, yeni saziş üzrə Azərbaycan-Aİ danışıqlarının vəziyyəti, Azərbaycanın "Şərq tərəfdaşlığı" proqramındakı rolunu müzakirə edəcəklər.

L.Abdullayeva həmçinin energetika, nəqliyyat, ticarət, təhsil və elm sahəsində əməkdaşlıq məsələlərinin də müzakirə ediləcəyini bildirib.

44 filmi