​ABŞ müdafiə naziri müavininin köməkçisi Azərbaycana gəlib

Xarici siyasət
  • 18 sentyabr, 2015
  • 06:37
​ABŞ müdafiə naziri müavininin köməkçisi Azərbaycana gəlib

Bakı. 18 sentyabr. REPORT.AZ/ ABŞ müdafiə naziri müavininin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisi xanım Evelin Farkas Azərbaycana gəlib. ABŞ-ın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, qısamüddətli səfər çərçivəsində E.Farkas Azərbaycan rəsmiləri ilə görüşəcək və təhlükəsizlik, həmçinin müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək.