ABŞ-ın müvəqqəti işlər vəkili Naxçıvanda olub

ABŞ-ın müvəqqəti işlər vəkili Naxçıvanda olub Bakı. 30 noyabr. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Viliyam Gill noyabrın 29-30-da Naxçıvan Muxtar Respublikasında səfərdə olub.
Xarici siyasət
30 Noyabr , 2018 21:05
ABŞ-ın müvəqqəti işlər vəkili Naxçıvanda olub

Bakı. 30 noyabr. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Viliyam Gill noyabrın 29-30-da Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

Səfirlikdən "Report"a verilən məlumata görə, diplomat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Dövlət Energetika Xidmətinin rəhbəri Namiq Paşayev, ombudsman Ülkər Bayramova və əmək və sosial müdafiə naziri Cavid Səfərovla görüşüb. 

Səfər çərçivəsində əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası, energetika və iqtisadiyyat sahələrində tərəfdaşlıq kimi ortaq prioritetlər əsas müzakirə mövzusu olub.

Səfirlik noyabrın 29-da ƏSA Teatrının səhnələşdirdiyi "İnsanlar və siçanlar tamaşası"nın Naxçıvan Musiqili Teatrında ifasını maliyyələşdirib. Bu tədbir Beynəlxalq Əlillər Günündə həyata keçirilib. 

V.Gill noyabrın 30-da isə əlil insanlar üçün nəzərdə tutulan Naxçıvan Regional Bərpa Mərkəzinə gedərək mərkəzin göstərdiyi xidmətlər barədə məlumat alıb.

Son xəbərlər

Orphus sistemi