Türkiyənin ABŞ-a yeni təyin olunan səfiri Həsən Murat Mərcan Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanovla görüşüb.
Bu barədə "Report"un yerli bürosuna Türkiyənin ABŞ-dakı səfirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan-Türkiyə arasında olan dostuq, qardaşlıq münasibətlərindən danışılıb, əlaqələrin tarixin ən dərin dövrünü yaşadığı deyilib. Ötən dövr ərzində iki ölkə arasında olan bütün nailiyyətlərin əldə olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradələri, dövlət başçılarının qardaşlıq münasibətinin tarixi rolunda söz açılıb.
Qeyd edək ki, Murat Mərcan daha əvvəl Türkiyənin Tokiodakı səfiri olub. O, ABŞ-da səfir kimi ilk ziyarətini Azərbaycanın Vaşinqtondakı səfirliyinə edib.
Vüsalə Abbasova