ABŞ-da Azərbaycan və Ermənistan XİN başçılarının görüşü 3 gün davam edəcək

ABŞ-da Azərbaycan və Ermənistan XİN başçılarının görüşü 3 gün davam edəcək Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında iyunun 27-də Vaşinqtonda başlayacaq danışıqlar 3 gün davam edəcək.
Xarici siyasət
27 İyun , 2023 00:30
ABŞ-da Azərbaycan və Ermənistan XİN başçılarının görüşü 3 gün davam edəcək

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında iyunun 27-də Vaşinqtonda başlayacaq danışıqlar 3 gün davam edəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.

Onun sözlərinə görə, ABŞ dövlət katibi Antoni Blinken də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi