ABŞ rəsmisi: "Ceyms Uorlikin ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsində fəaliyyətini çox yüksək qiymətləndiririk"

ABŞ rəsmisi: "Ceyms Uorlikin ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsində fəaliyyətini çox yüksək qiymətləndiririk" "ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiq olaraq qalır"
Xarici siyasət
22 Noyabr , 2016 19:13
ABŞ rəsmisi: Ceyms Uorlikin ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsində fəaliyyətini çox yüksək qiymətləndiririk

Bakı. 22 noyabr. REPORT.AZ/ "ABŞ Ceyms Uorlikin ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsində fəaliyyətini çox yüksək qiymətləndirir". 

"Report" xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brink deyib.

Onun sözlərinə görə, C.Uorlik bu vəzifədə üç ilə yaxın fəaliyyət göstərib: "Bu, çox normal haldır. Adətən, diplomatlar hansısa bir vəzifədə müəyyən müddət çalışırlar". 

B.Brink C.Uorliki əvəzləyəcək yeni həmsədrin adını hələlik bilmədiyini söyləyib. 

O vurğulayıb ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllini görmür: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiq olaraq qalır. Bu istiqamətdə tərəflərlə işləməyə hazırdır." 

Son xəbərlər

Orphus sistemi