ABŞ Dövlət Departamenti: Xəzər sammiti üzrə birgə bəyanat bizim Azərbaycanla sıx əməkdaşlığımıza təsir göstərməyəcək

ABŞ Dövlət Departamenti: Xəzər sammiti üzrə birgə bəyanat bizim Azərbaycanla sıx əməkdaşlığımıza təsir göstərməyəcək Cen Psaki Xəzəryanı ölkələrinin Həştərxan sammitinin nəticələrini şərh edib
Xarici siyasət
1 Oktyabr , 2014 12:35
ABŞ Dövlət Departamenti: Xəzər sammiti üzrə birgə bəyanat bizim Azərbaycanla sıx əməkdaşlığımıza təsir göstərməyəcək
Bakı. 1 oktyabr. REPORT.AZ/ "Xəzər sammitinin nəticələrinə görə qəbul edilən birgə bəyanat bizim Azərbaycanla təhlükəsizlik sahəsində sıx əməkdaşlığımıza təsir göstərməyəcək". "Report" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Vaşinqtonda keçirilən brifinqində deyib.

"Biz Xəzər "beşliyinin" Xəzər dənizində həmin ölkələrə məxsus olmayan silahlı qüvvələrin buraxılmamasına çağıran birgə bəyanatı ilə tanış olduq. Bizim Azərbaycanla təhlükəsizlik sahəsində, o cümlədən sərhədlərin təhlükəsizliyi, terrorizmlə mübarizə, NATO ilə qarşılıqlı fəaliyyət, sülhməramlıların beynəlxalq missiyalarda iştirakı sahələrində sıx əlaqələrimiz var.  Biz Xəzər "beşliyinin" bunu dəyişdirəcəyini gözləmirik" - deyə, C.Psaki bildirib. 

Xatırladaq ki, sentyabr ayının 29-da Həştərxanda beş Xəzəryanı ölkələr - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın dövlət başçılarının iştirakı ilə IV Xəzər sammiti keçirilib. Görüşün sonunda siyasi bəyanat qəbul edilib. 

Son xəbərlər

Orphus sistemi