Onun sözlərinə görə, hazırda dünyanın müxtəlif ölkələrinə 50-dən artıq səfir Senatda öz namizədliklərinin müzakirə olunmasını gözləyirlər.
"Biz hesab edirik ki, Senat öz təyinatını gözləyən səfirlərin namizədliklərini mümkün qədər tez müddətdə təsdiq etməlidir. Belə ki, səfirlərdən biri öz təyinatını artıq 400 gündür gözləyir" - deyə, M.Xarf qeyd edib.
Xatırladaq ki, Senatda təsdiq olunmalarını gözləyən namizədlər arasında ABŞ-ın Azərbaycandakı səfiri də var.
İyul ayının əvvəlində Ağ ev bu vəzifəyə Robert F.Çekutanı təyin etmək niyyətini bildirib. Onun namizədliyinin Senat tərəfindən təsdiq ediləcəyi halda R.Çekuta bu vəzifədə Riçard Morninqstarı əvəz edəcək. R.Morninqstarın səlahiyyətləri bu ilin yayında başa çatıb və o, Azərbaycanı tərk edib.