ABŞ Dövlət Departamenti Senatı səfir vəzifəsinə bütün namizədləri təsdiqləməyə çağırıb

ABŞ Dövlət Departamenti Senatı səfir vəzifəsinə bütün namizədləri təsdiqləməyə çağırıb Senatda təsdiq olunmalarını gözləyən namizədlər arasında ABŞ-ın Azərbaycandakı səfiri də var
Xarici siyasət
8 Sentyabr , 2014 10:39
ABŞ Dövlət Departamenti Senatı səfir vəzifəsinə bütün namizədləri təsdiqləməyə çağırıb
Bakı. 8 sentyabr. REPORT. AZ/ ABŞ Dövlət Departamenti Senatı səfir vəzifəsinə bütün namizədləri təsdiq etməyə çağırıb. Report xəbər verir ki, bu barədə brifinqdə Dövlət Departamenti spikerinin müavini Mari Xarf bildirib. 

Onun sözlərinə görə, hazırda  dünyanın müxtəlif ölkələrinə 50-dən artıq səfir Senatda öz namizədliklərinin müzakirə olunmasını gözləyirlər.

"Biz hesab edirik ki, Senat  öz təyinatını gözləyən səfirlərin namizədliklərini mümkün qədər tez müddətdə təsdiq etməlidir. Belə ki, səfirlərdən biri öz təyinatını artıq 400 gündür gözləyir"  -  deyə, M.Xarf qeyd edib. 

Xatırladaq ki, Senatda təsdiq olunmalarını gözləyən namizədlər arasında ABŞ-ın Azərbaycandakı səfiri də var. 

İyul ayının əvvəlində Ağ ev bu vəzifəyə Robert  F.Çekutanı təyin etmək niyyətini bildirib. Onun namizədliyinin Senat tərəfindən təsdiq ediləcəyi halda R.Çekuta bu vəzifədə Riçard Morninqstarı əvəz edəcək. R.Morninqstarın səlahiyyətləri bu ilin yayında başa çatıb və o, Azərbaycanı tərk edib. 

Son xəbərlər

Orphus sistemi