Yaponiyada əcnəbilərə səfər xərclərinin bir hissəsi qaytarıla bilər

Yaponiyada əcnəbilərə səfər xərclərinin bir hissəsi qaytarıla bilər Yaponiya hökuməti əcnəbi turistlərə səfər məsrəflərinin bir hissəsini ödəməyi nəzərdə tutur.
Turizm
25 May , 2020 16:19
Yaponiyada əcnəbilərə səfər xərclərinin bir hissəsi qaytarıla bilər

Yaponiya hökuməti əcnəbi turistlərə səfər məsrəflərinin bir hissəsini ödəməyi nəzərdə tutur.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya Turizm Agentliyi (JTA) bununla bağlı 12,5 milyard ABŞ dolları məbləğində vəsait ayırmağı nəzərdə tutan plan təqdim edib. 

Təşkilatın rəhbəri Hiroşi Tabata bu planın iyul ayından həyata keçiriləcəyini, əcnəbi turistlərə çəkdikləri məsrəfin 50 faizini ödəməyi nəzərdə tutduqlarını deyib.

Qeyd edək ki, koronavirus pandemiyası dövründə Yaponiyaya aprel ayının əvvəlindən 73 ölkə və bölgədən səyahətlərə qadağa qoyulmuşdu. Ötən ayın axırlarında isə bu siyahıya Azərbaycan da daxil olmaqla daha 14 ölkə daxil edildi. Həmçinin Yaponiyadan 100 ölkə və regiona səfər etmək qadağan olunmuşdu.

Son xəbərlər

Orphus sistemi