İlk xəbər saat 17:00-da verilib
Dövlət Turizm Agentliyi yanında "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun direktoru Malik Fətullayev öz istəyi ilə vəzifəsindən azad edilib.
“Report”un əldə etdiyi məlumata görə, onu müvəqqəti olaraq bu il fevralın 1-dən qoruğun direktor müavini təyin edilmiş Ramin Cəfərov əvəz edir.
O, "Yanardağ"da vəzifəyə təyin olunmazdan əvvəl
***
“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun bu ilin may ayında yenidən istifadəyə verilməsi nəzərdə tutulub.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə məlumat verib.
Onun sözlərinə görə, qoruğun ərazisində kiçik muzey, kafe və digər infrastrukturlar yaradılıb.