“Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib

“Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib Nazirlər Kabineti 2008-ci il 22 sentyabr tarixli 227 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu haqqında Əsasnamə”də dəyişiklik edib.
Turizm
494
14 Sentyabr , 2020 21:38
“Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib

Nazirlər Kabineti 2008-ci il 22 sentyabr tarixli 227 nömrəli Qərarla təsdiq edilmiş “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu haqqında Əsasnamə”də dəyişikliklər edib.

“Report” xəbər verir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu bundan sonra Dövlət Turizm Agentliyinin tabeliyidə fəaliyyət göstərəcək.

Qoruq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, qüvvədə olan digər normativ hüquqi aktları, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin əmrlərini, kollegiya qərarlarını və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Nizamnaməsini, qərarlarını, əmr və sərəncamlarını rəhbər tutacaq.

Son xəbərlər

Orphus sistemi