Xorvatiya investorları Azərbaycanın turizm sektoruna maraq göstərir

Xorvatiya investorları Azərbaycanın turizm sektoruna maraq göstərir Diplomat: "İkitərəfli turizmi inkişaf etdirmək üçün tədbirlər həyata keçirmək istəyirik"
Turizm
6 Aprel , 2016 18:12
Xorvatiya investorları Azərbaycanın turizm sektoruna maraq göstərir

Bakı. 6 aprel. REPORT.AZ/ "Aprelin 7-9-da Bakıda keçiriləcək beynəlxalq turizm və səyahətlər sərgisində 5 Xorvatiya, 1 Avstriya şirkəti iştirak edəcək". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xorvatiyanin Azərbaycandakı müvəqqəti işlər vəkili Mario Zaro bildirib.

Onun sözlərinə görə, Xorvatiya şirkətləri istər turizm, istər digər sahələrdə Azərbaycanda fəaliyyət göstərməyə ciddi maraq göstərir: "Biz çox istərdik ki, bu sərgidən sonra Azərbaycanla Xorvatiyanın əlaqələri daha da inkişaf etsin. Yerli sahibkarlarımızın ən çox marağı turizm sahəsinədir. Bizim səfirliyin viza şöbəsi fəaliyyət göstərir. Lakin buradan vizanı çox təəssüflər olsun ki, üç həftə ərzində almaq olur. Amma Xorvatiyaya səfər etmək istəyənlər vizanı Ankara və ya İstanbulda daha qısa müddətdə əldə edə bilərlər. Bu səbəbdən ikitərəfli turizmi inkişaf etdirmək üçün tədbirlər həyata keçirmək istəyirik".

Son xəbərlər

Orphus sistemi