Xarici aviaşirkətlər Yunanıstanda bilet satışını dayandırıb

Xarici aviaşirkətlər Yunanıstanda bilet satışını dayandırıb Aviaşirkətlərə ləğv olunan uçuşlara görə ciddi maddi zərər dəyib
Turizm
9 İyul , 2015 12:56
Xarici aviaşirkətlər Yunanıstanda bilet satışını dayandırıb

Bakı. 9 iyul. REPORT.AZ/ “Türk Hava Yolları”, “Qatar Airways” və “Emirates” aviaşirkətləri Yunanıstanda yerləşən turizm agentlikləri vasitəsi ilə biletlərin satışına qadağa qoyub.

“Report” xarici mediaya istinadən bildirir ki, Yunanıstan vətəndaşları yay tətili üçün əvvəldən rezervasiya etdirdikləri turları ləğv etməyə başalyıblar, bu səbəbdən aviaşirkətlərə və bir sıra turagentliklərə ciddi maddi ziyan dəyib.

Aralarında “Türk Hava Yolları”, “Qatar Airways” və “Emirates”in olduğu hava yolu şirkətləri yunan səyahət agentliklərində öz biletlərinin satılmasına artıq icazə vermir. Mövzu ilə əlaqədar açıqlama verən Yunanıstan Turizm Agentlikləri Birliyinin (HATTA) rəhbəri Lisandros Tsilidis (Lysandros Tsilidis) bilet satışına icazə verilməməsinin də iqtisadi çətinlik yaradacağını deyib.

Son xəbərlər

Orphus sistemi