Bakı. 2 noyabr. REPORT.AZ/ Vyetnam hökuməti Azərbaycan da daxil olmaqla 46 ölkənin vətəndaşları üçün nəzərdə tutulan elektron viza proqramını daha 2 il müddətinə təsdiq edib.
"Report" xəbər verir ki, elektron turist vizasının dəyəri 25 dollar təşkil edir.
Viza 30 gün müddətində etibarlıdır.
Elektron viza almaq istəyənlər Vyetnamın İmmiqrasiya Xidmətinin saytında (evisa.xuatnhapcanh.gov.vn) tələb edilən məlumatları qeyd etməlidir.
Proqram 1 fevral 2017-ci il tarixindən pilot layihə olaraq istifadəyə verilib və o, 2019-cu ilin fevralına qədər qüvvədə olmalı idi. Lakin indi layihənin fəaliyyət müddəti uzadılıb.
Elektron viza əvvəlcə 40 ölkədən gələn turistlər üçün açılsa da, sonradan 6 dövlət bu proqrama əlavə edilib.
Statistikaya görə, 2018-ci ilin ilk 8 ayı ərzində 241 mindən çox xarici turist Vyetnama elenktron viza ilə gəlib.
Bundan əvvəl Azərbaycan vətəndaşlarının Vyetnama elektron viza ilə səyahət edə biləcəkləri məlumat verilmişdi.