Venesiyanın tarixi mərkəzi 75 faiz su altında qalıb - VİDEO

Turizm
  • 30 oktyabr, 2018
  • 00:58
Venesiyanın tarixi mərkəzi 75 faiz su altında qalıb - VİDEO

Bakı. 30 oktyabr. REPORT.AZ/ Venesiyada tarixi mərkəz Afrikadan gələn sirokko küləyi səbəbindən təqribən 75 faiz su altında qalıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, 29 oktyabr tarixində yerli vaxtla təqribən 15:00-da suyun səviyyəsi dəniz səviyyəsindən 156 sm-ə çatıb.

Hazırda şəhər meri Luici Brunyaronun göstərişinə əsasən, yerli sakin və turistlərə San-Marko meydanına keçmək qadağan edilib. Bu tədbirlər bədbəxt hadisələrdən qaçmaq üçün görülüb.

Bildirilir ki, suyun səviyyəsinin 156 sm-ə çatmasından sonra hökumət Venesiyada əsas ictimai nəqliyyat növü sayılan məşhur vaporetto paroxodlarının işini dayandırıb.

Bundan əvvəl İtaliyada bütün Apennin yarımadasını əhatə edən pis hava şəraiti səbəbindən ümumilikdə ölənlərin sayı 7 nəfərə çatıb.