ÜSTT Azərbaycanda sağlamlıq turizminin inkişafına dəstək verəcək

ÜSTT Azərbaycanda sağlamlıq turizminin inkişafına dəstək verəcək Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycanın Ümumdünya Sağlamlıq Turizmi Təşkilatına (ÜSTT) rəhbərlik edəcəyi yaxın 1 il ərzində ölkəyə turist axını və ekspert cəlbi ilə bağlı sistemli fəaliyyət həyata keçiriləcək.
Turizm
20 Aprel , 2018 17:56
ÜSTT Azərbaycanda sağlamlıq turizminin inkişafına dəstək verəcək
Report

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycanın Ümumdünya Sağlamlıq Turizmi Təşkilatına (ÜSTT) rəhbərlik edəcəyi yaxın 1 il ərzində ölkəyə turist axını və ekspert cəlbi ilə bağlı sistemli fəaliyyət həyata keçiriləcək. 

"Report" xəbər verir ki, bunu təşkilata sədr seçilmiş, həm də Azərbaycanın Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri olan Ruslan Quliyev keçirdiyi mətbuat konfransında deyib. 

"ÜSTT yarandığı gündən Azərbaycanda sağlamlıq turizminin daha da inkişaf etdirilməsi naminə öz töhfəsini vermək istiqamətində mütəşəkkil fəaliyyət prinsiplərini hər zaman rəhbər tutur", - deyə o qeyd edib. 

Azərbaycanın 2013-cü ildən ÜSTT-də təmsil olunduğunu deyən R.Quliyev ölkənin 2014-cü ildən təşkilatın idarə heyətində fəaliyyət göstərdiyini diqqətə çatdırıb: “ÜSTT-nin ilk prezidenti Türkiyə Sağlıq Turizmi Təşkilatının sədri Emin Çakmak olub. O, hazırda qurumun fəxri prezidentidir. ÜSTT  Türkiyənin təşəbbüsü ilə 23 mart 2013-cü ildə Monakoda 14 ölkədən 21 nümayəndənin iştirakı ilə yaradılıb. Onun idarə heyətinə və rəhbərliyinə yeni seçkilər Türkiyədə II “Hestourex” sərgisi çərçivəsində həyata keçirilib. Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyası da bu tədbirdə təmsil olunub". 

Mətbuat konfrasında ÜSTT-nin baş katibinin müavini Ceyhun Aşurov təşkilatın Azərbaycanda bu sahə üzrə həyata keçirmək istədiyi layihələrdən bəhs edib. 

Mətbuat konfransında ÜSTT-də son seçkini əks etdirən videoçarx nümayiş olunub, daha sonra jurnalistlərin sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi