UNWTO: 10 ildən sonra bütün ölkələr vizaları ləğv edəcək

UNWTO: 10 ildən sonra bütün ölkələr vizaları ləğv edəcək Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı (UNWTO) 10 ildən sonra bütün ölkələrdə vizaların ləğv olunacağını güman edir.
Turizm
11 Sentyabr , 2019 14:57
UNWTO: 10 ildən sonra bütün ölkələr vizaları ləğv edəcək

Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı (UNWTO) 10 ildən sonra bütün ölkələrdə vizaların ləğv olunacağını güman edir.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə UNWTO Baş Asambleyasının XIII sessiyasında təşkilatın Baş katibi Zurab Pololikaşvili bildirib.

“Təqribən on il əvvəl dünya əhalisinin 77 faizi vizalara ehtiyac duyurdusa, indi bu göstərici 50 faizdən bir qədər çoxdur. Yenə də böyük rəqəmdir. On ildən sonra vizaların aradan qalxacağına ümidvarıq. Qoy övladlarımız vizanın nə olduğunu bilməsin. Arzumuz turizmin hamı üçün açıq olmasıdır”, – təşkilatın baş katib deyib.

O, hazırda bir sıra ölkələrdə “xüsusi təhlükəsizlik məsələləri” qalsa da, viza rejiminin bütövlükdə ləğvinə tərəfdar olduqlarını diqqətə çatdırıb.

“Başlıca tövsiyəmiz bu kimi əngəlləri aradan qaldırmaq, vizalardan yaxa qurtarmaq, turizmin hər kəs üçün rahat olmasına nail olmaqdır”, – Z.Pololikaşvili vurğulayıb.

Son xəbərlər

Orphus sistemi