​Turizm Universiteti ilə Mədəniyyətşünaslıq Mərkəzi arasında memorandum imzalanıb

​Turizm Universiteti ilə Mədəniyyətşünaslıq Mərkəzi arasında memorandum imzalanıb Memorandumun səmərəli icrası məqsədilə əlaqələndirmə qrupunun yaradılması qərara alınıb
Turizm
19 Aprel , 2016 11:08
​Turizm Universiteti ilə Mədəniyyətşünaslıq Mərkəzi arasında memorandum imzalanıb

Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Turizm və Menecment Universiteti ilə Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəz arasında memorandum imzalanıb.

“Report”un Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan ATMU-nun rektoru Cəfər Cəfərov bildirib ki, Azərbaycanın aprelin 25-27-də Bakıda keçiriləcək VII Qlobal Foruma ev sahibliyi etməsi mühüm hadisədir.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev çıxışında əməkdaşlıq memorandumunun turizm və mədəniyyət sektorundakı problemlərin aradan qaldırılmasında rolunu vurğulayıb: “Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev hər zaman çıxışlarında mədəniyyət və turizm müəssisələrinin əməkdaşlığının önəmini vurğulayır. Bu gün regionlarda yerləşən turizm xidmət obyektlərində çalışanların maarifləndirilməsi və beynəlxalq təcrübəyə əsasən təlimatlandırılması, Mərkəzin “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” üzvlərinin dəstəyi ilə Universitet tələbələrinin müxtəlif mədəniyyət, turizm obyektlərində təcrübə keçməsi istiqamətində bir çox işlər görülməlidir. Bu anlaşma turizm və mədəniyyət sahələrinin inteqrasiyasında və xüsusilə, regionlarda sözügedən sahələrdə fəaliyyət göstərən insanların təhsil probleminin həlli istiqamətində mütərəqqi nəticə verəcək”.

İki qurum arasında anlaşma memorandumunu Universitetin rektoru C.Cəfərov və Mərkəzin direktoru A.Usubəliyev imzalayıblar.

Memorandumun şərtlərinə əsasən, tərəflər Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin qorunması, ölkənin turizm imkanlarının tədqiqi və turizmin inkişafının elmi əsaslarının hazırlanması istiqamətində birgə konfrans, simpozium, seminar və elmi praktik tədbirlər keçirəcək. Elmi-metodiki vəsaitlərin, eyni zamanda elmi araşdırma menecmentinə əsaslanan təhlil və peşə təcrübəsi mübadiləsinin aparılması sahəsində birgə fəaliyyət göstərəcək.

Memorandumun səmərəli icrası məqsədilə müvafiq əmrə əsasən əlaqələndirmə qrupunun yaradılması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi