Tailand bəzi əcnəbilər üçün giriş icazəsi verdi

Tailand bəzi əcnəbilər üçün giriş icazəsi verdi Bu gündən Tailanda əcnəbilərin bəzi qrupları üçün giriş məhdudiyyəti aradan qaldırılıb.
Turizm
1 İyul , 2020 15:00
Tailand bəzi əcnəbilər üçün giriş icazəsi verdi

Bu gündən Tailanda əcnəbilərin bəzi qrupları üçün giriş məhdudiyyəti aradan qaldırılıb.

“Report” Tailand Turizm Komitəsinə (TAT) istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Komitəsinin (CAAT) açıqlamasında bildirilir.

Belə ki, bir sıra xarici ölkələrdə COVID-19 ilə bağlı vəziyyətin hələ də ciddi olduğu üçün yeni epidemiyaya yol verməmək üçün Tailanda səyahətlərə məhdudiyyət gətirmək üçün tədbirlərin vacib olduğu halda, 1 iyul tarixindən etibarən ölkə üzərindən, ölkəyə giriş və yaxud çıxış uçuşları üçün şərtlər açıqlanıb.

CAAT tərəfindən müvafiq icazə verildiyi təqdirdə beynəlxalq hava limanlarında rəsmi və hərbi təyyarələr, təcili enən təyyarələr, içərisindəkilərin bayıra çıxmamaları şərtilə texniki enişə keçən təyyarələr, humanitar, tibbi və ya yardım ləvazimatları daşıyan təyyarələr, təxliyə və ya yükdaşıma (karqo) təyyarələri qəbul edilə, yaxud yola salına bilər.

Həmçinin beynəlxalq hava limanlarında qəbul edilən və yaxud yola salınan təyyarələrin sərnişinləri yalnız tai millətindən, müvafiq qaydada xüsusi icazə almış şəxslər, rəsmi və ya diplomatik xidmətdə olan şəxslər, hökumət və hakimiyyət qurumlarının nümayəndələri ola bilər. Əcnəbilərdən isə övladı, valideynləri, həyat yoldaşı yerli vətəndaşı olanlar, mənzil sənədi və ya mənzil alma hüququ, yaxud işləmək icazəsi olanlar, yerli ali məktəblərin tələbələri, müalicə üçün gələnlər (COVID-19-dan müalicə istisna olmaq şərtilə) və onların yaxınları ölkəyə buraxılır.

Son xəbərlər

Orphus sistemi