Şuşaya turist səfərlərinin təşkil ediləcəyi vaxt açıqlanıb

Şuşaya turist səfərlərinin təşkil ediləcəyi vaxt açıqlanıb "Şuşaya turistlərin gəlməsi üçün infrastruktur hazır olmaldır. Bu istiqamətdə işlər gedir.
Turizm
28 Dekabr , 2021 13:25
Şuşaya turist səfərlərinin təşkil ediləcəyi vaxt açıqlanıb
0 : 00
0 : 00

Şuşaya turist səfərlərinin təşkil ediləcəyi vaxt açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Şuşaya turistlərin gəlməsi üçün infrastruktur hazır olmalıdır: "Hazırda bu istiqamətdə işlər gedir. Bildiyiniz kimi, Şuşa şəhəri 2023-cü il Türk Dünyasının mədəniyyət paytaxtı elan edilib. Ümid edirəm ki, həmin ildən turistləri qəbul etmək mümkün olacaq".

Son xəbərlər

Orphus sistemi