Şəki Tarix-Diyarşünaslıq Muzeyinin ziyarətçilər üçün açılışına hazırlıq gedir

Şəki Tarix-Diyarşünaslıq Muzeyinin ziyarətçilər üçün açılışına hazırlıq gedir Şəki Tarix-Diyarşünaslıq Muzeyinin yaxın aylarda yenidən ziyarətçilər üçün açılması gözlənilir.
Turizm
7 Sentyabr , 2024 16:39
Şəki Tarix-Diyarşünaslıq Muzeyinin ziyarətçilər üçün açılışına hazırlıq gedir
Sədaqət Davudova

Şəki Tarix-Diyarşünaslıq Muzeyinin yaxın aylarda yenidən ziyarətçilər üçün açılması gözlənilir.

Bunu “Report”a açıqlamasında Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin müavini Sədaqət Davudova bildirib.

"Şəkidə tarixi abidələrin bərpası diqqət mərkəzindədir. Eyni zamanda yeni turizm obyektləri açılır, istifadəyə verilir. Hazırda üzərində işlənilən ən böyük layihələrdən biri tarix-diyarşünaslıq muzeyinin açılmasıdır. Həm onun binasının bərpa edilməsi, həm də muzeyin tam olaraq istifadəyə verilməsi nəzərdə tutulur", - deyə o qeyd edib.

Şəki Tarix-Diyarşünasliq Muzeyi 1925-ci ilin sentyabr ayında yaradılıb. Muzeyin 1980-ci ildən bəri fəaliyyət göstərdiyi hazırkı binası 1895-ci ildə kazarma məqsədi ilə tikilmiş tarixi abidədir. Muzeyin ümumi sahəsi 924 m²-dir. Bunun 724 m²-də ekspozisiya zalları yerləşir. Muzeydə Şəki şəhərinin tarixini, mədəniyyətini, qədim sənət növlərini, etnoqrafiyasını, mətbəxini əks etdirən 5000-dən çox eksponat nümayiş etdirilir.

Son xəbərlər

Orphus sistemi