Bu gün Şamaxı rayonunda ilk Hava Şarları Festivalı (Balloon Festival) başlayıb.
“Report” xəbər verir ki, rayonun Meysəri kəndi üzərindən səmaya müxtəlif rəngdə, fərqli forma və dizaynda hazırlanan hava şarları qalxıb.
Uçuş Şamaxının tarixi və müasir mənzərəli yerlərini əhatə edib. Hava şarlarını beynəlxalq sertifikatlı pilotlar idarə edib.
Havaya qalxacaq şarlar maraqlı dizaynları ilə fərqlənib.
Festivaldan olan videogörüntüləri təqdim edirik.