​Rusiyada beynəlxalq ərzaq sərgisi keçiriləcək

Turizm
  • 29 aprel, 2016
  • 15:34
​Rusiyada beynəlxalq ərzaq sərgisi keçiriləcək

Bakı. 29 aprel. REPORT.AZ/ Rusiyada “Peterfood-2016” beynəlxalq ərzaq sərgisi keçiriləcək.

“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi xəbərə görə, sərgi bu il noyabrın 15-dən 17-dək Sankt-Peterburq şəhərində təşkil ediləcək.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvətlidirlər. 

Tədbir haqqında ətraflı məlumat əldə etmək istəyənlər Azpromo-ya müraciət edə bilərlər.