Qusar və Quba rayonlarında etnoturizmin inkişafı ilə bağlı layihə həyata keçirilib

Turizm
  • 31 may, 2017
  • 16:18
Qusar və Quba rayonlarında etnoturizmin inkişafı ilə bağlı layihə həyata keçirilib

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Qusar və Quba rayonlarında “Etnoturizmin inkişafı, etnoturizm klasterlərinin yaradılması üzrə maarifləndirmə fəaliyyətinin təşkili” adlı layihə həyata keçirib.

Cəmiyyətdən "Report"a verilən məlumata görə, layihənin məqsədi regionlarda turizmlə məşğul olan insanlar, yerli turizm mütəxəssisləri, bələdiyyələr, sahibkarlar arasında etnoturizmlə bağlı maarifləndirmə fəaliyyətinin təşkili, etnoturizm klasterləri ilə bağlı xarici təcrübələri, regionun etnoturizm potensialının araşdırılması və obyektiv qiymətləndirmənin həyata keçirilməsini özündə əks etdirən bilik və informasiyaların çatdırılması, etnoturizm sahəsinin yerli və xarici ictimaiyyətə yönələn elektron təbliğatının təşkili işinin müzakirəsidir.

Regionun etnoturizm potensialının araşdırılması və obyektiv qiymətləndirmənin həyata keçirilməsi üçün yerli mütəxəssislərlə müzakirələrin aparılması, regionlarda etnoturizmlə məşğul olacaq kontingentin formalaşdırılması layihənin əsas vəzifələrinə daxildir.

Layihə çərçivəsində Qusar və Quba rayonlarında seminarlar keçirilib. Tədbirlərdə turizm fəaliyyətilə məşğul olan insanlar, yerli turizm mütəxəssisləri olmaqla ümumilikdə hər rayondan 100 nəfər rayon sakini iştirak edib.

Turizmin inkişafı ilə bağlı qarşıya qoyulan hədəflərə nail olmaq və etnoturizmin daha rəqabətədavamlı və cəlbediciliyini artırmaq üçün yerli mədəniyyət və turizm idarələri mütəxəssisləri, bələdiyyələr, yerli sahibkarlar, turizm müəssisələri nümayəndələri arasında maarifləndirmə işi aparılıb, regionun etnoturizm potensialının araşdırılması və obyektiv qiymətləndirmənin həyata keçirilməsi üçün yerli mütəxəssislərə bilik və informasiyaların çatdırılması, etnoturizm klasterləri ilə bağlı xarici təcrübələri özündə əks etdirən prezentasiyaların keçirilməsi və yerli etnoturizm potensialının, etnoturizm sahəsinin yerli və xarici icyimaiyyətə yönələn elektron təbliğatının təşkili məsələləri müzakirə edilib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti