"Qatar Airways" payız endirim kampaniyasına başlayıb
Turizm
- 02 oktyabr, 2015
- 12:02
Bakı. 2 oktyabr. REPORT.AZ/ Dünyanın aparıcı aviaşirkətlərindən biri olan “Qatar Airways” payızın gəlişi ilə yeni qiymət kampaniyasına start verib.
Şirkətin Bakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, 150-dən çox səyahət istiqamətinə mütəmadi uçuşlar təşkil edən “Qatar Airways” bu dəfə Bakıdan Banqkok, Kasablanka, İslamabad, Denpasar, Kuala Lumpur, Hoşimin, Sinqapur, Tokio, Manila və Seula səyahət edəcək müştərilərə 20%-ə qədər endirim təqdim edəcək. Müştərilər xüsusi endirimli səyahət biletlərini “Qatar Airways”in Bakı ofisindən, www.qatarairways.com veb-saytından, habelə turizm agentliklərindən əldə edə bilərlər.
Oktyabrın 16-dək davam edəcək aksiya göstərilən istiqamətlərdə Bakıdan səyahət edən müştərilərə şamil ediləcək.
Son xəbərlər
09:23
Ruzanna Məmmədova: "Avropa çempionatında kürsüdən düşməmək məqsədim var idi"
Fərdi09:06
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (14.03.2026)
Maliyyə09:00
"Sabah" və "Qarabağ" Premyer Liqada növbəti oyunlarına çıxacaq
Futbol09:00
Türkiyədə avtobusla yük maşını toqquşub, 10-dan çox şəxs xəsarət alıb
Region09:00
XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilir
Xarici siyasət08:55
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
Energetika08:53
Kiyev vilayəti zərbələrə məruz qalıb, ölənlər və yaralananlar var
Digər ölkələr08:36
"Formula 1" Çin Qran-prisində sprint yarışının qalibi bəlli olub
Formula 108:29