​“Qatar Airways" 40%-lik endirimə başlayıb

​“Qatar Airways" 40%-lik endirimə başlayıb Aviaşirkət 2016-cı il üçün xüsusi qiymət kampaniyasına start verib
Turizm
4 Noyabr , 2015 12:58
​“Qatar Airways 40%-lik endirimə başlayıb

Bakı. 4 noyabr. REPORT.AZ/ “Qatar Airways” aviaşirkəti növbəti qlobal endirim kampaniyasına başlayıb. Şirkətdən "Report"a verilən məlumata görə, “Qatar Airways” 2016-cı il üçün xüsusi qiymət kampaniyasına start verib.

“Qatar Airways” Bakıdan Tbilisi, Sinqapur, Seul, Pert, Maldiv, Çennay, Kuala Lumpur, Cakarta, Hanoy, Dubay, Denpasar, Dehli, Kolombo, Quancou və Bankoka səyahət edəcək müştərilərinə 40%-ə qədər endirim tətbiq edəcək.

Müştərilər xüsusi endirimli səyahət biletlərini “Qatar Airways”in satış ofislərindən, www.qatarairways.com veb-saytından, habelə turizm agentliklərindən əldə edə bilərlər.

Bu kampaniya noyabrın 6-na qədər davam edəcək və yalnız yuxarıda göstərilən istiqamətlər üzrə Bakıdan səyahət edən müştərilərə şamil ediləcək.

Son xəbərlər

Orphus sistemi