Özbəkistanda koronavirusa yoluxan əcnəbilərə təzminat ödəniləcək

Özbəkistanda koronavirusa yoluxan əcnəbilərə təzminat ödəniləcək Özbəkistan ərazisində COVID-19 virusuna yoluxan əcnəbi turistlər 3 000 ABŞ dolları məbləğində təzminat alacaqlar.
Turizm
331
20 İyun , 2020 14:51
Özbəkistanda koronavirusa yoluxan əcnəbilərə təzminat ödəniləcək

Özbəkistan ərazisində COVID-19 virusuna yoluxan əcnəbi turistlər 3 000 ABŞ dolları məbləğində təzminat alacaqlar.

“Report” “Ozbekistan 24”ə istinadən xəbər verir ki, bu barədə ölkə prezident Şavkat Mirziyoyevin imzaladığı “Turizmin inkişafına dair əlavə tədbirlər haqqında” sərəncamında müddəa var.

Belə ki, sənəddə “Özbəkistan: təhlükəsiz səyahətə zəmanət var” adlı xüsusi sanitariya-epidemiologiya sisteminin yaradılması və yalnız bu sistemə daxil edilən turizm şirkətləri və ya müəssisələrinin əcnəbi turistləri qəbul etməsi nəzərdə tutulur.

Adıçəkilən sistem çərçivəsində yaradılacaq Təhlükəsiz Turizm Fondu isə turizm şirkətlərinin könüllü ianələri, habelə sistemə salındıqları vaxt verilən sertifikat haqqı hesabına maliyyələşdiriləcək.

Son xəbərlər

Orphus sistemi