Nyu-Yorkun əsas aeroportunun modernləşdirilməsinə 13 mlrd. dollar xərclənəcək
Turizm
- 05 oktyabr, 2018
- 06:28
Bakı. 5 oktyabr. REPORT.AZ/ ABŞ-ın Nyu-York şəhərinin hökuməti Con Kennedi adına yerli hava limanının modernləşdirilməsinə ümumilikdə 13 mlrd. ABŞ dolları xərcləyəcək.
“Report” "The New York Times" nəşrinə istinadən xəbər verir ki, aeroportda pulsuz "Wi-Fi" xidməti, şarj qurğuları və uşaqlar üçün oyun meydançası olan iki yeni terminal olacaq.
Məqsəd getdikcə güclənən sərnişin axınının tələblərinə cavab verməkdir.
Qeyd edək ki, hava limanında yenidənqurma işlərinə 2012-ci ildə başlanılıb və 2035-ci ilə qədər başa çatdırılmalıdır. Bu prosesin tərkib hissəsi olaraq aeroportun 2 yeni girişi də olacaq.
Nyu-Yorkun qubernatoru Andru Cuomo bildirib ki, bütün bu işlər ildə əlavə olaraq 15 mln. sərnişinə xidmət etməyə imkan verəcək.
Son xəbərlər
10:27
Azərbaycan Voleybol Federasiyasının rəsmisi Çelenc Kubokunun oyununa təyinat alıb
Komanda10:21
Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar bütün limanlar bağlanıb
İnfrastruktur10:20
Azərbaycanda yanvarda 3 754 şəxsə pensiya təyin edilib
Sosial müdafiə10:19
AMEA adlarla bağlı tövsiyə kitabı hazırlayacaq
Elm və təhsil10:14
Yaponiyada güclü qar 35 nəfərin ölümünə səbəb olub
Digər ölkələr10:14
"Arsenal"ın Premyer Liqadakı oyunu təxirə salınacaq
Futbol10:08
BP Azərbaycandakı layihələrə sərmayələrinin həcmini açıqlayıb
Energetika10:06
AZIR indeksinin orta günlük səviyyəsi yanvarda 6,7 %-ə düşüb
Maliyyə10:05