Noyabrda Azərbaycana xarici turist axını 13% artıb

Noyabrda Azərbaycana xarici turist axını 13% artıb Bu ilin noyabr ayında Azərbaycana səyahət edən xarici vətəndaşların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 13,3% artaraq 241 minə çatıb.
Turizm
11 Dekabr , 2019 11:37
Noyabrda Azərbaycana xarici turist axını 13% artıb

Bu ilin noyabr ayında Azərbaycana səyahət edən xarici vətəndaşların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 13,3% artaraq 241 minə çatıb.

"Report" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, gələnlərin sayına görə 69 minlə Rusiya, 68 minlə Gürcüstan ən yüksək göstəricilərə malikdirlər. Gələnlərin yarıdan çoxunu, yəni 56,7%-ni bu iki ölkənin vətəndaşları təşkil edib.

Qeyd edək ki, Faiz göstəricilərinə görə ən yüksək artım tempi müvafiq olaraq 33,5%, 40,1% 35,5% ilə İran, eləcə də Cənubi və Mərkəzi Asiya ölkələri üçün müşahidə olunur.

Cənubi Asiya ölkələri arasında Hindistandan gələnlər arasında 76,3% göstərici ilə nəzərəçarpan artım qeydə alınıb. Türkiyə və Yaxın Şərqdən gələnlərin sayı isə 3,4 min2 min nəfər artaraq müvafiq olaraq 27 min17 min nəfər təşkil edib.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 11,1% və ya 292 min nəfər artıb. Bu artım da 2017-ci ildən 2018-ci ilə olan artımdan 6%, təqribən iki dəfə çoxdur. Xarici ölkələrdən gələnlərin üçdə birini Rusiya vətəndaşları təşkil edib.

Belə ki, keçən yanvar-noyabr ayları ilə müqayisədə Rusiyadan gələnlərin sayı 49 min və ya 6% artaraq 866 min nəfər olub. Ən yüksək artım müvafiq olaraq 20,2%, 46,7% və 38% daha çox Gürcüstan, Mərkəzi və Cənubi Asiya ölkələrindən müşahidə edilib. Ümumilikdə isə dövr ərzində bu ölkələrdən müvafiq olaraq 661 min, 120 min107 min nəfər ziyarətçi gəlib.

Əvvəlki aylarda olduğu kimi Orta Asiya ölkələri arasında ən çox əcnəbi qonaq Türkmənistan (49 min; 91,9%-lə artım) və Qazaxıstandan (43 min; 24,5% artım), Cənubi Asiya ölkələrindən isə Hindistan (59 min; 67,7%-lə artım) və Pakistandan (42 min; 12,2% artım) gəlib. Türkiyə və İrandan gələn xarici qonaqların sayı müvafiq olaraq 8,3% və 3,7% artaraq 289 və 235 min nəfərə çatıb. 

Son xəbərlər

Orphus sistemi