Misirdə ölkəyə turist cəlb etmək üçün aviaşirkətlərə təşviq ödəniləcək

Misirdə ölkəyə turist cəlb etmək üçün aviaşirkətlərə təşviq ödəniləcək Misir hökuməti ölkəyə daha çox xarici turist cəlb etmək üçün aviaşirkətlərə təşviq ödəməyə qərar verib.
Turizm
10 Noyabr , 2023 17:31
Misirdə ölkəyə turist cəlb etmək üçün aviaşirkətlərə təşviq ödəniləcək

Misir hökuməti ölkəyə daha çox xarici turist cəlb etmək üçün aviaşirkətlərə təşviq ödəməyə qərar verib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, ödənişin məbləği ölkəyə hava yolu ilə gələn hər turistə görə 2 000 ABŞ dollarına qədər olacaq.

Misirin turizm naziri Əhməd İsa bildirib ki, ölkə İsrail-Fələstin münaqişəsi zonasına yaxın olduğu üçün sifarişlərin təxminən 10 %-ni itirib. Ən çox Cənubi Sinaydakı kurortlarda dincəlməkdən imtina olunub. Odur ki, Misirin Şarm Əl-Şeyx şəhərinə daşınan turistlərə görə 2 000 ABŞ dolları, digər şəhərlərə daşınan turistlərə görə isə 1 500 ABŞ dolları pul ödəniləcək.

Nazirin sözlərinə görə, aviasiyanın stimullaşdırılması Misirdə turizmi dəstəkləmək üçün ən vacib addımlardan biridir. 2020-2022-ci illərdə analoji proqram uçuşların sayını 44 % artırmağa imkan verib.

Bəzi rezervasiyaların itirilməsinə baxmayaraq, Misir 2023-cü ildə rekord sayda - 15 milyon xarici turisti qəbul etməyi gözləyir. Bu, büdcəyə təxminən 13 milyard ABŞ dolları gəlir gətirəcək.

Son xəbərlər

Orphus sistemi