İyulda Saratovdan Bakıya aviareyslər açılacaq

İyulda Saratovdan Bakıya aviareyslər açılacaq Uçuşlar bazar günləri həyata keçiriləcək
Turizm
22 İyun , 2021 12:09
İyulda Saratovdan Bakıya aviareyslər açılacaq

Bu ilin iyul ayından Rusiyanın Saratov şəhərindən Azərbaycana aviareyslər həyata keçirilməyə başlanılacaq.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, aviareyslər iyulun 4-dən etibarən Saratovun “Qaqarin” aeroportundan həyata keçiriləcək.

Bildirilir ki, 176 oturacaqlı “Boeing” təyyarələri Bakıya və geriyə istiqamətində bazar günləri uçuşlar edəcəklər. Belə ki, Bakıdan uçuş saat 13:40-da baş tutacaq və təyyarə Saratova yerli vaxtla saat 16:00-da çatacağı gözlənilir. Saratovdan Bakıya reyslər yerli vaxtla saat 18:00-də həyata keçiriləcək və Bakıya eniş 20:20-də olacaq.

Qeyd edək ki, bu, Saratovun “Qaqarin” aeroportundan Bakıya edilən ilk avireysdir və bu günə qədər bu hava limanından Bakı Aeroportuna uçuşlar həyata keçirilməyib.

Son xəbərlər

Orphus sistemi