İsrail mayın sonunda sərhədlərini turistlərə açacaq

İsrail mayın sonunda sərhədlərini turistlərə açacaq Bu barədə ölkənin Turizm Nazirliyi məlumat yayıb
Turizm
14 Aprel , 2021 15:06
İsrail mayın sonunda sərhədlərini turistlərə açacaq

Koronavirusdan sağalmış və ya peyvənd olunmuş turistlər mayın 23-dən etibarən İsraili ziyarət edə biləcəklər.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ölkənin Turizm Nazirliyi məlumat yayıb.

Ölkəyə daxil olmaq üçün turistlər təyyarəyə minməzdən əvvəl PZR (polimeraz zəncir reaksiyası) testindən keçməli, həmçinin Ben Qurion Hava Limanına çatan kimi yenidən PZR testi verməli və anticisimlərin olduğunu təsdiqləmək üçün seroloji testdən keçməlidirlər.

Son xəbərlər

Orphus sistemi