İran ECO ölkələri üçün vizasız rejim tətbiq olunmasını təklif edib

İran ECO ölkələri üçün vizasız rejim tətbiq olunmasını təklif edib İranın turizm naziri Əli Əsgər Munesan İqtisadi Əməkdaşlıq Təşkilatını (ECO) üzv ölkələrə vizasız səyahət təmin edilməsi üzərində düşünməyə çağırıb.
Turizm
27 Yanvar , 2020 11:32
İran ECO ölkələri üçün vizasız rejim tətbiq olunmasını təklif edib

İranın turizm naziri Əli Əsgər Munesan İqtisadi Əməkdaşlıq Təşkilatını (ECO) üzv ölkələrə vizasız səyahət təmin edilməsi üzərində düşünməyə çağırıb.

“Report” “Tehran Times”a istinadən xəbər verir ki, o, bu barədə Tacikistanın Tehrandakı səfiri Nizaməddin Zahedi ilə görüşdə bildirib.

"İqƏT üzvlərini ümumi viza siyasəti yürütməyə dəvət edirəm, çünki ölkələrimiz arasında bizi bir-birimizə yaxınlaşdıran çoxsaylı mədəni oxşarlıqlar var. Bu istiqamətdə ilk addım turistlər üçün vizaların ləğvi ola bilər”, - o deyib.

Tərəflər bu məsələnin İqƏT-nin qarşıdakı sammitində müzakirəyə çıxarılması barədə razılığa gəliblər.

Qeyd edək ki, 2018-ci ilin aprel ayında İqƏT-yə sədrlik üç il müddətinə İrana verilib.

Xatırladaq ki, ECO 1985-ci ildə İran, Türkiyə və Pakistan tərəfindən yaradılıb, daha sonra 7 yeni üzv - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan təşkilata qoşulub. Təşkilatın yaradılmasında əsas məqsəd üzv ölkələrin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafıdır.

Son xəbərlər

Orphus sistemi