Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə birlikdə Qəbələ üçün turizmin inkişafı proqramını hazırlayacaq.
“Report” qurumun Mətbuat xidmətinə istinadən xəbər verir ki, proqram özündə Qəbələnin 2020-ci ildə İƏT-nin turizm paytaxtı seçilməsi ilə əlaqədar turizm, mədəniyyət, incəsənət, irs festivallarının və İslam turizmi sərgilərinin keçirilməsini əhatə edir.
Qeyd edək ki, Qəbələ 2018-ci il fevralın 5-7-də keçirilən İƏT turizm nazirlərinin konfransının 10-cu sessiyasında İƏT-nin 2020-ci ildəki turizm paytaxtı seçilib.
İslam turizminin paytaxtı hər il üzv dövlətlərlə məsləhətləşmədə İƏT tərəfindən seçilir. Proqram ayrı-ayrı şəhərlərin turizm və iqtisadi potensialını inkişaf etdirmək, eyni zamanda turizm sektorunda məhsul və xidmətlər mübadiləsi və infrastruktur dəstəyi ilə İslam həmrəyliyini gücləndirmək məqsədi daşıyır.