Hindistanda Azərbaycanın turizm imkanları tanıdılıb
Turizm
- 17 oktyabr, 2024
- 12:42
Hindistanın Mumbay şəhərində keçirilmiş “WeddingSutra” tədbirində toy təşkilatçılığı üzrə ixtisaslaşmış sənaye nümayəndələrinə Azərbaycanda bu istiqamətdə mövcud olan imkanlar tanıdılıb.
"Report" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Azərbaycan Turizm Bürosu ilə yanaşı, tədbirdə ölkəmizi "Azərbaycan Hava Yolları" QSC (AZAL), “Şahdağ Turizm Mərkəzi" QSC, “Dreamland” Qolf Klubu, “Sea Breeze Resort” və Abşeron Hotel Qrupun nümayəndələri təmsil ediblər.
Azərbaycanın Hindistan bazarı üçün toy turizmi destinasiyası kimi tanıdılması və qlobal tərəfdaşlıq əlaqələrinin genişlənməsi məqsədilə tədbirdə Azərbaycan haqqında təqdimat nümayiş etdirilib və müxtəlif turizm məhsulları haqqında məlumat verilib.
Son xəbərlər
02:18
ABŞ-nin daha bir rəsmisi Bessentlə münaqişəyə görə istefa vermək niyyətindədir
Digər ölkələr01:41
KİV: ABŞ İsrailin İrana mümkün zərbələrini dəstəkləməyə hazırdır
Digər ölkələr01:06
Tramp: Sülh Şurası ölkələri Qəzzanın bərpasına 5 milyard dollar ayıracaqlar
Digər ölkələr00:41
Rubio Qrenlandiya ilə bağlı danışıqların gedişini müsbət qiymətləndirib
Digər ölkələr00:15
Kuril adaları sahillərində 6 maqnitudada zəlzələ baş verib
Digər ölkələr23:51
İranın xarici işlər naziri ABŞ ilə danışıqlar aparmaq üçün İsveçrəyə gedib
Region23:34
Rubio: ABŞ NATO-dan çıxmağa hazırlaşmır
Digər ölkələr23:13
ABŞ Hind okeanında daha bir tankeri ələ keçirib
Digər ölkələr22:45