Gürcüstan hökuməti turizm sektoru ilə bağlı 10 maddədən ibarət təkliflər planı hazırlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın “Business Media” nəşri yazıb.
Sənəd Rusiyanın Gürcüstana birbaşa aviauçuşlara tətbiq etdiyi qadağaya cavab olaraq tərtib olunub.
Planın birinci maddəsində Bakıdan Tbilisiyə “şatl” avtobuslarının təyin olunması təklifi yer alıb.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava bildirib ki, Azərbaycan aviaşirkətləri ilə danışıqlar aparılır. Onun sözlərinə görə, aviadaşıyıcılara Bakı-Tbilisi istiqamətində hərəkət edəcək “şatl” avtobuslarını aviabiletlərə inteqrasiya etmək təklif olunur.
Sənəddə həmçinin çartrer reyslərin subsidiyalaşdırılması, diplomatik korpusla iş, Gürcüstana məşhur simaların dəvət olunması, təbliğat kampaniyalarının gücləndirilməsi və digər istiqamətlər üzrə maddələr də öz əksini tapıb.