“Fitch Solutions” beynəlxalq reytinq agentliyi 2027-ci ilin sonunadək dünya üzrə 1,58 milyard turist səfərinin olacağını proqnozlaşdırır ki, bu da pandemiyadan əvvəlki, 2019-cu ildə qeydə alınan göstəricidən (1,27 milyard) çoxdur.
“Report” “Fitch Solutions”a istinadən xəbər verir ki, izafi turizm son onillikdə inkişaf edən fenomendir və qlobal rifahın yüksəlməsi və səyahətlərin daha da əlverişli olması ilə 2050-ci ilə qədər daha aktual problemə çevriləcək.
“Şüurlu turizm izafi turizm ilə mübarizə üzrə həllərdə, məsələn, daha az sayda insanın getdiyi yerlərin və ya çox sayda insana xidmət göstərmək üçün daha yaxşı inkişaf etmiş istiqamətlərin fəal şəkildə axtarılması məsələlərində filtrasiyadan keçəcək.
Biz həmçinin hökumətlərin və sahənin digər oyunçularının izafi turizm problemini həll etmək üçün addımlar atacağını gözləyirik. Biz 2025-ci ilə qədər kvotalar, giriş haqları tətbiq ediləcəyini və remarketinq cəhdləri (kütləvi turizmə daha az diqqət yetirilməsi) ediləcəyini gözləyirik ki, bu da turizmin yalnız yüksək gəlirli ölkələrdən gələnlər üçün əlçatan olduğu “birinci sinif” istiqamətlərin inkişafına gətirib çıxara bilər”, - agentliyin analitikləri hesab edir.
Məsələn, Venesiya artıq subasımı 25 000 tondan çox kruiz gəmilərinin Cuddeka kanalına daxil olmasını qadağan edir, 2023-cü ildə isə şəhər səyahətçilərin qalacağı yeri əvvəlcədən rezervasiya etməli olduğu, giriş qiymətlərinin şəhərin sıxlığından asılı olaraq dəyişdiyi bir sistemi işə salıb.
“2050-ci ilə qədər sənaye yalnız turistik “hab”lara yönəlik olmayan, bütün bazarda yayılan yeni istiqamətləri işləyib hazırlamaq və təşviq etməklə uzunmüddətli həllər axtaracaq”, - “Fitch Solutions”dan qeyd ediblər.
Agentlik analitiklərinin fikrincə, Çinin materik hissəsi 2050-ci ilə qədər qlobal turizm sektoru üçün əsas bazar olaraq qalacaq, lakin bu bazarda risklər yaranmağa başlayır. Çin daxilində hərəkətə qoyulan COVID-19 məhdudiyyətləri dünyada ən sərt qadağalardan biri olub və bazarın 2023-cü ilin yanvarında yenidən açılmasından sonra xarici turizmin bərpası üçün zaman lazım gələcək.
“Hökumətin reaksiyasının ciddiliyi turizm sektoruna əsas turist mənbəyini necə tez bir zamanda aradan qaldırmağın yolunu göstərdi. Həmçinin Çin hökumətinin insanların geosiyasi səbəblərə görə ölkəni tərk etməsinə mane olmasının tarixi nümunələri də var idi: məsələn, 2017-ci ildə Çin Cənubi Koreyanın ABŞ-ın raketdən müdafiə sistemini ölkəsində quraşdırmaq qərarına görə bu ölkəyə səfərləri dayandırmışdı”, - agentlik vurğulayır.
Turizm sənayesinin məlumatlılığı və geosiyasi risklərlə bağlı narahatlıqlar 2050-ci ilə qədər üfüqdə daha da kəskinləşir. “Geosiyasi mühit daha qeyri-müəyyən olduqca turizm sektorunun mənbə bazarlarında mövcudluğunu şaxələndirməklə, eləcə də ən böyük qeyri-müəyyənlik dövründə dostlar axtarmağa daha çox diqqət yetirməklə dəyişkən olacağını gözləyirik”, - “Fitch Solutions” qeyd edib.
Agentlik analitiklərinin fikrincə, texnologiya və əhalinin qocalması mövzuları turizm sferasında iki meqatendensiyanın inkişafına – rəqəmsal köçərilərin yüksəlişinə və gümüş səyahətçilərin artan əhəmiyyətinə gətirib çıxaracaq. İstehlakçılar daha az səyahət etməyə və daha uzun müddət qalmağa çalışdıqları üçün onlar sənayenin davamlılığının yüksəlməsi ilə üst-üstə düşür.
“Rəqəmsal köçərilərin təkamülü COVID-19-dan əvvəl başlamışdı, amma pandemiya bu təkamülü sürətləndirdi. Artıq maliyyə, texnoloji , hüquq və konsaltinq firmaları işçiləri üçün müəyyən edilmiş vaxt müddətində “istənilən yerdən işləmək” imkanı da yaradır. Hesab edirik ki, meqatendensiyalar zamanı bu tendensiya iş-şəxsi həyat balansının ayrılmaz hissəsinə çevriləcək və turizm sektorunda əsas maraqlı tərəflər artıq bu tendensiyaya uyğunlaşmaq üçün təkliflər hazırlayırlar”, - “Fitch Solutions”dan vurğulayıblar.