Əbülfəs Qarayev: “Quş və balıq ovu Aran zonasına marağı artırıb”

Əbülfəs Qarayev: “Quş və balıq ovu Aran zonasına marağı artırıb” Bakı. 5 aprel. REPORT.AZ/ Yay fəslində Lənkərana və ümumilikdə Cənub zonasında turist axını gözləyirik.
Turizm
5 Aprel , 2018 11:19
Əbülfəs Qarayev: “Quş və balıq ovu Aran zonasına marağı artırıb”
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev / Report/ Elchin Murad

Bakı. 5 aprel. REPORT.AZ/ "Yay fəslində Lənkərana və ümumilikdə Cənub zonasında turist axını gözləyirik". 

“Report” xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün Bakıda işə başlamış 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF-2018) Sərgisinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, Böyük İpək Yolu üzərində Şimal-Qərb istiqamətində turist sayının artması gözlənilir: "Bu müsbət göstəriciləri hazırda Şəmkir, Gədəbəy və Qazax zonasında müşahidə edirik. Sözsüz ki, Quba, Xaçmaz, Nabran bölgəsi ənənəvi olaraq işləyəcək. Demək istərdim ki, bu qış mövsümündə qeyri-adi turizm növləri, məsələn təbiətə çıxmaq, quş və balıq ovlamaq Aran bölgəsinə axının çoxalmasına səbəb olub. Bu istər-istəməz hər rayonda yeni otelin inşaatına təkan verir. Elə rayon yoxdur ki, orada 3-4 ulduzlu otel olmasın, insanlar orada lazımı xidmətləri əldə etməsin. Bu isə maraqlı tendensiyadır".

Son xəbərlər

Orphus sistemi