Əbülfəs Qarayev: “Azərbaycanda vahid çimərlik standartları hazırlanacaq"

Əbülfəs Qarayev: “Azərbaycanda vahid çimərlik standartları hazırlanacaq" "Gələcəkdə yay mövsümündə çimərlikdə xidmət göstərmək istəyənlər müqavilə bağlayarkən mütləq standartlara əməl etməlidirlər"
Turizm
15 İyul , 2016 11:57
Əbülfəs Qarayev: “Azərbaycanda vahid çimərlik standartları hazırlanacaq

Bakı. 15 iyul. REPORT.AZ/ “Azərbaycanda vahid çimərlik standartları işlənib təsdiqlənməlidir". 

"Report" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Novxanıda nümunəvi çimərliyin açılışında deyib.

Onun sözlərinə görə, gələcəkdə yay mövsümündə çimərlikdə xidmət göstərmək istəyənlər müqavilə bağlayarkən mütləq standartlara əməl etməlidirlər. 

Nazir bildirib ki, nümunəvi çimərliyə Bolqarıstan, Gürcüstan, Almaniya və digər ölkələrdən turistlər gəlir: “Nümunəvi çimərlik standartları təsdiqləndikdən sonra bütün yerli icra hakimiyyəti orqanlarına tövsiyə olunacaq. Bu gün qarşıda duran əsas məsələ Azərbaycanın beynəlxalq çimərlik standartlarına qoşulmasıdır. Dünyada böyük bir mavi çimərlik hərəkatı var. Mavi çimərliklərdə bütün standartlara əməl olunur. Biz istəyirik ki, Azərbaycan da bu hərəkəta qoşulsun. Bunun üçün isə müəyyən standartlar işlənməlidir”.

Ə.Qarayev turistlərin Azərbaycanda internet xidmətlərinin zəif olması ilə bağlı şikayətlərinin araşdırıldığını da qeyd edib.

Nazir qeyd edib ki, çimərlikdə standartlara uyğun bütün tədbirlər görüləcək: "Geyinib, soyunma yerləri, sanitar qovşaqları yüksək tələblərə cavab verəcək".

Son xəbərlər

Orphus sistemi