Dünyanın ən "pis" turistləri açıqlanıb

Dünyanın ən "pis" turistləri açıqlanıb Təyyarə və qatar biletlərinin axtarışı və rezervasiyası ilə məşğul olan “Biletix” onlayn xidmətinin ekspertləri dünyanın ən pis turistlərini müəyyən edib.
Turizm
3 Aprel , 2019 15:06
Dünyanın ən pis turistləri açıqlanıb
БУГАГА
0 : 00
0 : 00

Təyyarə və qatar biletlərinin axtarışı və rezervasiyası ilə məşğul olan “Biletix” onlayn xidmətinin ekspertləri dünyanın ən "pis" turistlərini müəyyən edib. 

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, həmin kateqoriyaya Rusiya, Çin və ABŞ-dan olan turistlər daxildir.

Belə ki, rəy sorğusunda iştirak edənlərin 44%-i “Rusiyalı turistləri nəzakətli və tərbiyəli hesab edirsinizmi?” sualına "Yox", 33%-i isə "Hə" cavabı verib. Maraqlıdır ki, Rusiya turistlərinə mənfi münasibət bəsləyənlər arasında Rusiya vətəndaşları az deyil. Rusların üzgüçülük hovuzuna yüyürərək hoppanmaları, dəniz qırağında çəkdikləri siqaretin qalıqlarını quma basdırmaları, çinli turistlərin isə ucadan danışaraq asta yerimək vərdişləri əcnəbilərdə daha çox narazılıq doğurub.

Dünyanın ən mədəni turistləri kimi isə Yaponiya, Almaniya, Fransa təmsilçilərinin adı çəkilib.

Son xəbərlər

Orphus sistemi