Dünyanın ən iri gəmilərindən olan "Cruise Roma"da qəza baş verib

Dünyanın ən iri gəmilərindən olan "Cruise Roma"da qəza baş verib Bakı. 9 dekabr. REPORT.AZ/ Porto-Torresdən (Sardiniya bölgəsi, İtaliya) Barselonaya gedən İtaliyaya məxsus Cruise Roma sərnişin gəmisi Sardiniya adası sahillərində aşkar edilən nasazlıq səbəbindən yolunu dəyişib.
Turizm
9 Dekabr , 2018 06:42
Dünyanın ən iri gəmilərindən olan Cruise Romada qəza baş verib

Bakı. 9 dekabr. REPORT.AZ/ Porto-Torresdən (Sardiniya bölgəsi, İtaliya) Barselonaya gedən İtaliyaya məxsus "Cruise Roma" sərnişin gəmisi Sardiniya adası sahillərində aşkar edilən nasazlıq səbəbindən yolunu dəyişib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Rai News" telekanalı məlumat yayıb.

Bildirilir ki, göyərtəsində 390 sərnişin olan gəmi sol avar vintinin qırılması səbəbindən Sardiniyanın şimalındakı limanın 1,6 km-də dayanıb. Heyət üzvləri tərəfindən aparılan təmir işlərindən sonra gəmi hərəkəti davam etdirə bilib, lakin komanda İtaliyanın kontinental hissəsində yerləşən Latsio regionundakı Çivitavekkyi şəhərinə istiqamət götürmək qərarına gəlib.

"Grimaldi Lines" şirkətinə məxsus "Cruise Roma" dünyanın ən iri gəmilərindən biridir.

Son xəbərlər

Orphus sistemi